Qəbələdə yanğın törədən saxlanıldı
09 avqust 2025 09:27 (UTC +04:00)

Qəbələdə yanğın törədən saxlanıldı

Avqustun 8-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb. 

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar