Qəbələdə kişini maşın vurub öldürdü
29 sentyabr 2022 09:55 (UTC +04:00)

Qəbələdə kişini maşın vurub öldürdü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Zarağan kəndində baş verib. Ağababayev Cahandar Cahangir oğlu idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Cəlilov Mirzəsöyün Əbdükərim oğlunu vurub.

Nəticədə yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar