Qəbələdə BMW ağaca çırpıldı, sürücü öldü
14 avqust 2024 09:18 (UTC +04:00)

Qəbələdə BMW ağaca çırpıldı, sürücü öldü

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. BMW markalı avtomobilin sürücüsü, rayon sakini Əhməd Rəsulzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Xəsarətlər alan sürücü xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Mehman Nəbiyev

Oxşar yazılar