Qazaxda bıçaqlanma baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü İ.Süleymanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 25 yaşlı gəncin yarası tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata İ.Süleymanov toyda bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu