Lənkəranda gəlinin döyülməsi
25 iyun 2021 13:36 (UTC +04:00)

Lənkəranda gəlinin döyülməsi

Qayınanasının döydüyü gəlin evdən qaçdı: "Dedilər, danışsan səni ..." - VİDEO

“Üstümə bıçaq çıxarıb danışmağa imkan vermədilər”.

Lent.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Lənkəranda qayınanası tərəfindən döyülən 31 yaşlı Rəmziyyə Qurbanova “Xəzər Tv”də yayımlanan “Səni axtarıram” proqramında deyib.

O, 2 azyaşlı uşağı ilə birgə evdən qaçdığını bildirib.

R.Qurbanova qeyd edib ki, hadisə baş verəndən sonra danışmaması üçün ona təzyiq göstərilib:

“Üstümə bıçaq çıxarıb danışmağa imkan vermədilər. Dedilər danışsan səni də, uşaqlarını da öldürəcəyik. Dişim ağrayırdı, bəhanə ilə atamgilə gəldim”.

Qeyd edək ki, bu il aprelin sonları Lənkəran rayon Yuxarı Nüvədi kəndində Girdənaz Qurbanova 31 yaşlı gəlini Rəmziyyə Qurbanovanı döyüb. Hadisə anının görüntüləri sosial şəbəkədə paylaşıldıqdan sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə etmişdi.

Lənkəranda gəlinin döyülməsi

Döyülən gəlin efirə çıxdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6795
avatar

Mehman Nəbiyev

Oxşar yazılar