Qaxda kafe icarədarını bıçaqlayan SAXLANILDI  - YENİLƏNİB
20 avqust 2022 12:28 (UTC +04:00)

Qaxda kafe icarədarını bıçaqlayan SAXLANILDI - YENİLƏNİB

Qaxda kafe icarədarını bıçaqlayan saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə ilə əlaqədar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Onun sözlərinə görə, keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax şəhər sakini Murad Muxtarov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

19 avqust, 23:34

Qaxda baş verən bıçaqlanma ilə bağlı bəzi təfərruatlar məlum olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərin birində olub. Kafeni işlədən Sahib Muxtarovla müştəri arasında mübahisə baş verib. Mübahisə zamanı müştəri S.Muxtarovu qarın boşluğundan bıçaqlayıb. Bıçaq S.Muxtarovun qaraciyərini zədələyib. 

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir.
  

***

22.50

Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır. 

Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Oxşar yazılar