Qaxda fındıq bağında suvarma işləri aparan 63 yaşlı kişini ilan sancıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Vəli Soltan oğlu Paşayev fındıq bağında suvarma işləri aparan zaman ilan onun sol ayağından sancıb.
V.Paşayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıya lazımi tibbi yardım göstərilib.
Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Vüqar Heydərov