Qardaşlar bir-birini bıçaqladı
20 avqust 2023 17:55 (UTC +04:00)

Qardaşlar bir-birini bıçaqladı

Cəlilabadda qardaşlar bir-birini bıçaqlayıb.

APA -nın Cənub bürosunun verdiyi xəbərə görə, rayon sakinləri 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıb.

Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2832
avatar

Oxşar yazılar