Qarabağda sülhməramlı olmuş Rusiya hərbçisi Ukraynada öldürüldü - FOTO
23 may 2022 14:34 (UTC +04:00)

Qarabağda sülhməramlı olmuş Rusiya hərbçisi Ukraynada öldürüldü - FOTO

Ukraynada Rusiya Ordusunun hərbçisi, tağım komandiri Andrey Dolqoşeev öldürülüb.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, baş leytenant Novosibirsk vilayətinin Toquçino kəndində dəfn edilib.

Hərbçinin 2021-ci ildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentdə xidmət keçidiyi, Ukraynada müharibə başlayan kim dərhal hərbi əməliyyatlara cəlb edildiyi açıqlanıb.

Andrey Dolqoşeev 1995-ci il dekabrın 23-də anadan olub. O 2018-ci ildə Novosibirsk ali hərbi komandirlər məktəbini bitirmişdi.  

Andrey Dolqoşeev

Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu 27 yaşlı Salman Süleymanov da Ukraynada öldürülüb.

 

# 2661
avatar

Oxşar yazılar