Qarabağda həlak olan  Rusiya sülhməramlılarının sayı   açıqlandı
21 sentyabr 2023 20:21 (UTC +04:00)

Qarabağda həlak olan Rusiya sülhməramlılarının sayı açıqlandı

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-averilən məlumata görə, Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub. Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Bugün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

# 4191
avatar

Oxşar yazılar

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

8 dekabr 2023 , 18:00
Zaqatala xəstəxanasında KORRUPSİYA:  cinayət işi açıldı

Zaqatala xəstəxanasında KORRUPSİYA: cinayət işi açıldı

8 dekabr 2023 , 17:49
Cəsarət Valehov işdən çıxarıldı

Cəsarət Valehov işdən çıxarıldı

8 dekabr 2023 , 17:40
Şuşaya prokuror təyin olundu

Şuşaya prokuror təyin olundu

8 dekabr 2023 , 17:22
3 qız dostunu tualetdə döydü - VİDEO

3 qız dostunu tualetdə döydü - VİDEO

8 dekabr 2023 , 17:18
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

8 dekabr 2023 , 16:05
Aktrisaya qarşı 20 milyonluq  DƏLƏDUZLUQ

Aktrisaya qarşı 20 milyonluq DƏLƏDUZLUQ

8 dekabr 2023 , 15:54
Görüşə tələsən polis xidməti maşını  oğurladı

Görüşə tələsən polis xidməti maşını oğurladı

8 dekabr 2023 , 14:50