Minaya düşən Qarabaq müharibəsi iştirakçısının  ayağı kəsildi   -YENİLƏNİB
21 fevral 2025 22:24 (UTC +04:00)

Minaya düşən Qarabaq müharibəsi iştirakçısının ayağı kəsildi -YENİLƏNİB

İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

Lent.az xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

***

21:09

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Ağdam rayon sakini 62 yaşlı İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

19:15

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar

Bakıda kişi kirayədə qaldığı evdən 4000 manat  oğurladı

Bakıda kişi kirayədə qaldığı evdən 4000 manat oğurladı

22 fevral 2025 , 12:11
Bakının mərkəzində villa  yandı - VİDEO

Bakının mərkəzində villa yandı - VİDEO

22 fevral 2025 , 11:59
Qaxda ana-ata və 3 uşaq  dəm qazından zəhərləndi

Qaxda ana-ata və 3 uşaq dəm qazından zəhərləndi

22 fevral 2025 , 10:12
4 nəfər evdə diri-diri yandı:  2-si uşaqdır

4 nəfər evdə diri-diri yandı: 2-si uşaqdır

22 fevral 2025 , 09:26
Kürdə batanların yaxınları kömək istəyirlər - VİDEO

Kürdə batanların yaxınları kömək istəyirlər - VİDEO

22 fevral 2025 , 03:03
Azərbaycan Ordusunun polkovniki QƏFİL ÖLDÜ

Azərbaycan Ordusunun polkovniki QƏFİL ÖLDÜ

21 fevral 2025 , 22:41
Qubada zəlzələ   oldu

Qubada zəlzələ oldu

21 fevral 2025 , 22:21
İmişlidə "Mercedes"in vurduğu piyada öldü

İmişlidə "Mercedes"in vurduğu piyada öldü

21 fevral 2025 , 21:21