İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yolu keçən İmişli rayon sakini, Tağıyev Abbas Hacı oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla araşdırma aparılır.