Uşaqlarının dayəsi ilə  yataqda tutduğu ərinə   dəfələrlə  ATƏŞ AÇDI   -VİDEO
21 fevral 2025 18:56 (UTC +04:00)

Uşaqlarının dayəsi ilə yataqda tutduğu ərinə dəfələrlə ATƏŞ AÇDI -VİDEO

Braziliyada uşaqlarının dayəsi ilə yataqda ərini yaxalayan qadın qəzəblənərək silahını işə salıb. Kimliyi məlum olmayan qadın, ərini yaxaladığı an evdə dörd dəfə atəş açıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, silah səslərini eşidən körpə ağlamağa başlayıb. Qadın, mobil telefonu ilə çəkdiyi görüntülərdə əvvəlcə telefonu mətbəx masasına yerləşdirir və həm körpəni, həm də yataq otağını çəkəcək bucaqdan görüntüləri qeydə alır. Daha sonra yataq otağının qapısını açaraq atəş açıb. Braziliyanın YouTube və WhatsApp qruplarında yayılan videoda qadının kimliyi hələ də müəyyən edilməyib.

Qısa müddət sonra çılpaq cütlük qapıda görünür, qadın isə mətbəxdə bir dəfə də atəş açır. Yerli mediaya görə, qadın ərinin ailənin dayəsi ilə münasibətinin olduğu iddia edib. Lakin bu məlumat hələ də rəsmi şəkildə təsdiqlənməyib.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412

Oxşar yazılar