Göygöldə 2 ədəd ağac kəsən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə rayonun Şəhriyar kəndi ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən 2 ədəd qovaq ağacının kök hissəsindən kəsilməsi və təbiətə 2450 manat məbləğində ziyan dəyməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən rayon sakini Savalan Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.