Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aprelin 8-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini N.Abbasovaya zor tətbiq edərək içərisində pulu, mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə müraciət daxil olmuşdur.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini E.Aslanov müəyyən edilərək saxlanılmışdır.
Sabunçu RPİ-də araşdırma aparılır.