Qadını şəkilləri ilə şantaj edib pul qazandı -  FOTO
24 noyabr 2021 11:34 (UTC +04:00)

Qadını şəkilləri ilə şantaj edib pul qazandı - FOTO

Şirvan şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı bir qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar şəhər Polis Şöbəsi əməkdaşları nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2360

Oxşar yazılar