Qadın sürücü işləyən ərini avtobusda bıçaqladı - HADİSƏ ANI
09 yanvar 2025 14:53 (UTC +04:00)

Qadın sürücü işləyən ərini avtobusda bıçaqladı - HADİSƏ ANI

26 yaşlı qadın ərini dişləyib, boynundan bıçaqladığı üçün həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 7-də, saat 15:00 radələrində Türkiyənin Seyhan əyaləti, Sefa Özler küçəsində ictimai avtobusda baş verib. 

Avtobus sürücüsü Mehmet A. ilə həyat yoldaşı Sabriye A. bir müddət əvvəl aralarında yaranan ciddi fikir ayrılıqları səbəbiylə boşanmaq qərarına gəlib və ayrı yaşamağa başlayıblar.

Həftə sonu 2,5 yaşlı oğlunu özü ilə aparan Mehmet A.-nın onu qardaşının evində qoyub getdiyi iddia edilib. Oğlunun yerini öyrənə bilməyən ana şəhərin mərkəzindəki dayanacaqda ərinin olduğu xətt üzrə avtobusları bir-bir yoxlayıb. Ərinin sükan arxasında olduğunu görən Sabriyye A. arxa qapıdan avtobusa minərək sürücü hissəsinə doğru irəliləyib.

O, ərinin gözünə bibər qazı sıxaraq saçını dartıb, daha sonra qolunu dişləyib. Gənc qadın müdaxilə etmək istəyən sərnişinlərin üzərinə bibər qazı vuraraq ərinin boynundan bıçaqlayıb. Həmin anlar avtomobildəki kameraya əks olunub.


Bıçaqlı hücumdan sonra maşından düşən Sabriye A. qaçaraq gözdən itib. Yaralı Mehmet A. sərnişinləri düşürərək avtobusla Seyhan Dövlət Xəstəxanasına gedib. Müalicə altına alınan Mehmet A.-nın həyati təhlükəsinin olmadığı müəyyən edilib. Məsələ ilə bağlı istintaqa başlayan Seyhan Təhlükəsizlik Müdirliyi Cinayətlərin qarşısının alınması və Araşdırma Büro Komandirliyi qrupları hadisə yerinə yaxın bir küçədə şübhəli bilinən Sabriye A.-nı saxlayıblar.


Polisə aparılan qadın ifadəsində "Övladımı gizlətdiyi üçün əsəbləşdim. Sadəcə danışmaq üçün getmişdim, amma hadisəni bir anda törətdim. Kaş ki, belə bitməsəydi" deyib.

Aparılan əməliyyatların nəticəsində ədliyyəyə sövq edilən Sabriye A. haqqında ev dustaqlığı qərarı alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3083

Oxşar yazılar

Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub, öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub, öldü

2 iyun 2025 , 10:14
Daha bir itkin şəhidimiz  tapıldı

Daha bir itkin şəhidimiz tapıldı

2 iyun 2025 , 10:10
Şabranda AĞIR QƏZA:  1 nəfər öldü, 3 nəfər yaralandı

Şabranda AĞIR QƏZA: 1 nəfər öldü, 3 nəfər yaralandı

2 iyun 2025 , 09:50
Lerikdə zəlzələ  oldu

Lerikdə zəlzələ oldu

2 iyun 2025 , 09:06
Ağstafada avtomobil aşdı, 3 nəfər xəsarət aldı

Ağstafada avtomobil aşdı, 3 nəfər xəsarət aldı

2 iyun 2025 , 08:21
Şəmkirdə avtomobil dərəyə uçdu, 5 nəfər ağır xəsart aldı - FOTO

Şəmkirdə avtomobil dərəyə uçdu, 5 nəfər ağır xəsart aldı - FOTO

2 iyun 2025 , 02:06
Sumqayıtda kişi meyiti  tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

2 iyun 2025 , 00:51
Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı

1 iyun 2025 , 23:09