Soçidə 41 yaşlı qadın sevgilisi ilə ilk görüşündə oteldə döyülüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı qadın restoranda tanımadığı şəxslə nahar edib.
Əvvəlcə ona cəsarətli və nəzakətli görünsə də, ancaq ünsiyyət zamanı kişi çoxlu spirtli içki qəbul edib. Buna baxmayaraq, qadın onunla birlikdə otel otağına gedib.
Yeni tanıdığı kişi qadının başına bir neçə zərbə endirib və onu boğmağa cəhd edib. Qadının köməyinə mühafizəçi gəlib. O, sevgilisini kənara çəkib, rus qadın isə qaça bilib.
Uğursuz görüşdən sonra qadın polisə ifadə verməkdən imtina edib.