Qadın ərinin cinsi orqanını kəsib  tualetə atdı
29 sentyabr 2025 18:09 (UTC +04:00)

Qadın ərinin cinsi orqanını kəsib tualetə atdı

0

Cənubi Koreyada qadın ərinə hücum edib cinsi orqanını kəsdikdən sonra onu öldürməyə cəhddə ittiham olunub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücum İnçhon şəhərindəki kafedə baş verib. 57 yaşlı qadın kürəkəni ilə ora gedib, kişini tualetdə pusquya salıb və ona hücum edib.

Kürəkən qayınatasını yapışqan lentlə hərəkətsizləşdirib, bundan sonra qadın kişiyə qasıq nahiyəsinə 50-dən çox bıçaq zərbəsi vurub, sonra onun cinsi orqanını kəsərək tualetə tatıb.

Kafe işçiləri hadisədən sonra təcili yardım çağırıblar. Təcili yardım həkimləri kişinin həyatını xilas edə bilib. Qadın və kürəkəni həbs edilib.

İstintaqın müəyyən etdiyi kimi, hücumdan əvvəl kişi arvadı ilə ayrılıb və onların evindən köçüb. Koreyalı qadın onun hərəkətlərini və təmaslarını izləmək üçün bir yol axtarmağa başlayıb. Qızı ögey atasına nəzarət etmək üçün detektiv tutub. Cinayətkarı bıçaqla silahlanmağa və şübhəli görüşə getməyə məcbur edən, onun təqdim etdiyi fotoşəkillər olub. Həmin fotolarda kişinin bir qadınla yemək yediyi görülür.

Məhkəmədə vəkil müvəkkilinin kişini təqib etdiyini etiraf edib, lakin onu öldürmək niyyətini inkar edib. O, hadisənin adam öldürməyə cəhd kimi təsnif edilə bilməyəcəyinə təkid edib.

Prokurorlar cinayətin vəhşiliyini əsas gətirərək, hökm elan olunana qədər müttəhimin elektron qolbaq taxmasını tələb edir. Müstəntiqlər mümkün motiv kimi qısqanclıq hesab edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar