Tümen vilayətində həmcinsi olan polisi dişləyən qadına hökm oxunub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın dövlət məmuruna xidməti vəzifələrinin icrası ilə əlaqədar həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməkdə təqsirli bilinib. Məhkəmə onu iki il sınaq müddəti olmaqla, bir il yarım şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
İş materiallarından belə çıxır ki, iyunun 16-da Şvakova polis şöbəsinə aparılıb. Baxış zamanı onun alt paltarından içərisində narkotik maddə olan bağlama aşkar edilib. Qadın polis onu götürmək istəyərkən saxlanılan şəxs bunun qarşısını hər vəchlə alıb, əyilib yayınaraq, müqavimət göstərib. Sonra isə qadın polisin sağ çiynini dişləyərək ona xəsarət yetirib.
Məhkəmədə Şvakova təqsirini etiraf edib və törətdiyi cinayətdən peşman olub. O, dişlədiyi polis kapitanından üzr istəyib.