Qaçırdığı maşını transformatora çırpdı
19 yanvar 2023 14:07 (UTC +04:00)

Qaçırdığı maşını transformatora çırpdı

0

Saatlıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 18-də saat 23 radələrində Saatlı şəhəri ərazisindən rayon sakini G.Gəncəliyevə məxsus “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini Ə.İsmayılovun avtomobili transformatora vuraraq yol-nəqliyyat hadisəsi törətməsi məlum olub.

Ə.İsmayılov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1924

Oxşar yazılar