Pul borcu  olduğuna görə özünü körpüdən atmaq istədi - GƏNCƏDƏ
14 oktyabr 2021 01:23 (UTC +04:00)

Pul borcu olduğuna görə özünü körpüdən atmaq istədi - GƏNCƏDƏ

Gəncədə intihara cəhdin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə “Nizami” məqbərəsi yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Goranboy rayonunun Gülməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Mustafayev sərxoş vəziyyətdə özünü körpüdən atmaq istəyib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Uzun sürən danışıqlardan sonra 30 yaşlı kişini fikrindən daşındırmaq mümkün olub. E.Mustafayev əraziyə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, 30 yaşlı kişi işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün intihara cəhd edib. Onun darvaza ustası olduğu bildirilir.

Qeyd edək ki, obyektin sahibi hadisə yerinə gəlib və E.Mustafayevə borcunu bağışladığını bildirib. Bundan sonra o, körpüdən düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15