Muzdlu Dubakov Eduard Sergeyeviç
14 iyul 2021 17:19 (UTC +04:00)

Muzdlu Dubakov Eduard Sergeyeviç

Prokuror Qarabağda döyüşən muzdluya cəza istədi

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında bildirib ki, Dubakov cəzasını çəkib başa çatdırdıqdan sonra Azərbaycanın hüdudlarından çıxarılsın.

Prosesdə daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında E. Dubakovun Ermənistan tərəfdən işğalda olan Azərbaycan ərazilərində hərbi təlimlərə cəlb edildiyini, lakin Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmədiyini bildirib: "Bu faktın Dubakovun işində yüngülləşdirici hal kimi qəbul olunmasını xahiş edirik".

Məhkəmə Eduard Dubakova son sözə hazırlaşmaq üçün vaxt verib.

Proses iyulun 22-də davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397

Oxşar yazılar

Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Kürdə batan var

Kürdə batan var

20 iyul 2025 , 19:25
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31
Tovuzda kişini ilan sancdı

Tovuzda kişini ilan sancdı

20 iyul 2025 , 17:43