Polis vətəndaşı döyə-döyə şöbəyə aparıb? - RƏSMİ CAVAB
21 yanvar 2022 12:52 (UTC +04:00)

Polis vətəndaşı döyə-döyə şöbəyə aparıb? - RƏSMİ CAVAB

“Röyal Qasımovun Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları barəsində irəli sürdüyü iddialar böhtan xarakterlidir və həqiqətləri əks etdirmir”.

Bu sözləri Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov deyib. Onun sözlərinə görə, adı çəkilən şəxsin polis tərəfindən döyülməsi ilə bağlı şəhər prokurorluğuna müraciəti də rədd edilib:

“Bildirmək istəyirəm ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini R.Qasımov 2021-ci ilin sentyabr ayının 26-da tanışı X.İsmayılov ilə birlikdə Kür çayının qəsəbə yaxınlığından keçən hissəsindən vətəndaş E.Zeynalova məxsus su motorunu oğurlayaraq, zərərçəkmişə 900 manat məbləğində maddi ziyan vurublar. 

Həmin oğurluq faktı ilə əlaqədar hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, ötən il oktyabrın 4-də təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.Ötən il dekabrın 29-da isə cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə Şirvan şəhər Məhkəməsinə göndərilib.

Bu il yanvarın 8-də isə şəhərin Hacıqəhrəmanli qəsəbəsi ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi baş verib. Həmin hadisə ilə bağlı şöbə əməkdaşları R.Qasımovu izahat almaq məqsədilə  Şirvan ŞPŞ-nə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmayıb, səs-küy salaraq ətrafdakıların diqqətini özünə çəkməyə çalışıb. Şöbə əməkdaşları tərəfindən R.Qasımov şöbəyə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 120 manat məbləğində cərimə olunub.

Bundan narazı qalan vətəndaş R.Qasımov polis əməkdaşlarının onun evinə daxil olmaları, ona fiziki zor tətbiq etmələri, polis şöbəsində döyülməsi və sənədləri zorla imzalamasıyla bağlı iddialarla Şirvan şəhər Prokurorluğuna rəsmi müraciət edib. Lakin irəli sürdüyü iddialar öz təsdiqini tapmadığından şəhər prokurorluğunda cinayət işinin başlanması rədd edilib”.

Qeyd edək ki, Röyal Qasımov mediaya açıqlamasında bildirib ki, şəhər Polis Şöbəsinin əməkdaşları yanvarın 8-də onun evinə daxil olublar. Onun sözlərinə görə, polis əməkdaşları R. Qasımovu həyat yoldaşı və azyaşlı uşaqlarının yanında döyərək şöbəyə aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3894
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05