Polis rəisləri Fazil Mustafaya qarşı terroru müzakirə etdi - KOLLEGİYA
14 aprel 2023 17:17 (UTC +04:00)

Polis rəisləri Fazil Mustafaya qarşı terroru müzakirə etdi - KOLLEGİYA

0

Xəbər verdiyimiz kimi bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik edir.

Kollegiya iclası 2023-cü ilin birinci rübündə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 

Kollegiya iclasında həmçinin, martın 28-də deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi və buna görə saxlanılanlarla bağlı məsələ də müzakirə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2263

Oxşar yazılar