Fazil Mustafanın atəşə tutulan avtomobili - YENİ VİDEO
12 aprel 2023 18:26 (UTC +04:00)

Fazil Mustafanın atəşə tutulan avtomobili - YENİ VİDEO

Bir müddət əvvəl sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın avtomobilinin görüntüləri yayılıb. 

Lent.az həmin görüntüləri təqdim edir: 

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

# 4101
avatar

Oxşar yazılar