Cinayət aləmində Qilani Sedoy kimi tanınan “qanun oğru” Qilani Əliyev Moskvanın Solntsevo rayonu üzrə miqrasiya idarəsinin rəisinin ona verdiyi saxta pasportdan istifadə edərək Rusiyanı tərk edə bilib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, avtoritet hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinirdi. O, kömək üçün polisə müraciət edib, polis ona olmayan şəxsin adına saxta sənəd verib. Daha sonra Rusiyanı tərk edərkən pasportu Qilani Sedoya verib.
Hazırda polis saxtakarlıq maddəsi ilə cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Ona rayondan getməməsi barədə yazılı öhdəlik verilib.
Qeyd edilir ki, Qilani Sedoy on il əvvəl taclandırılıb. O, çeçen klanının üzvü hesab olunur. Onun ən yaxın silahdaşı Kazbek Dukuzov “Fordes” jurnalının baş redaktoru Pol Xlebnikovun qətlində ittiham olunurdu.