Polis əri, qaynı və qayınanası tərəfindən döyülən gəlinlə bağlı ARAŞDIRMALARA BAŞLADI
18 iyun 2021 11:56 (UTC +04:00)

Polis əri, qaynı və qayınanası tərəfindən döyülən gəlinlə bağlı ARAŞDIRMALARA BAŞLADI

Gəncədə 24 yaşlı gəlinin döyülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, hazırda ekspertizanın nəticəsi gözlənilir: “Nizami rayon Polis İdarəsinə Gəncə şəhər sakini Həsənzadə Züleyxa Çərkəz qızının əri Bayraməli Həsənzadə, qaynı Turqay Həsənzadə və qayınanası Cəmilə Həsənzadə tərəfindən döyülməsi ilə bağlı məlumat daxil olub. Faktla bağlı araşdırmalar aparılıb. Hər iki tərəfin izahatları alınaraq, müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

***

17 iyun 19:08

Gəncədə gəlin əri, qayını və qayınanası tərəfindən döyülüb.

Lent.az-ın məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Həsənzadə Züleyxa Çərkəz qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, o, əri, qaynı və qayınanası tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.
 

# 9063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar