Piyadanı vuraraq öldürən sürücü QAÇDI
21 iyul 2022 18:31 (UTC +04:00)

Piyadanı vuraraq öldürən sürücü QAÇDI

İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb. 

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902

Oxşar yazılar