Özünü şübhəli aparan sürücünün maşınından HEROİN TAPILDI
19 iyul 2021 16:18 (UTC +04:00)

Özünü şübhəli aparan sürücünün maşınından HEROİN TAPILDI

Lənkəranda şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.

Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F. Salayev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı əl çantasından 1 bükümdə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1356
avatar

Oxşar yazılar