Lipetsk vilayətində bir müddət əvvəl özlərini eyni yerdə - Dolqorukovo dəmir yolu stansiyasının yaxınlığında öldürən məktəblilərin dostu intihar edib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, qızın “ölüm qrupu”na aid olduğu ehtimal edilir.
O, özünü gecə öldürüb.
Qeyd edək ki, bundan əvvəl 14 yaşlı qız iyunun 11-də intihar etmişdi. Üç gün sonra isə eyni yerdə 16 yaşlı yeniyetmə özünü öldürmüşdü.