Ötən gün 61 nəfər saxlanılıb - RƏSMİ
19 fevral 2022 11:02 (UTC +04:00)

Ötən gün 61 nəfər saxlanılıb - RƏSMİ

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 81 cinayətin üstü “isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1804

Oxşar yazılar