Orta məktəb məzununun ASILMIŞ MEYİTİ TAPILDI
19 iyul 2021 13:30 (UTC +04:00)

Orta məktəb məzununun ASILMIŞ MEYİTİ TAPILDI

0

 

Şəkidə məktəbi yeni bitirmiş oğlan intihar edib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, hadisə ötən gün Şəki şəhər ərazisindəki köhnə tikilinin qazanxanasında qeydə alınıb. Belə ki, Şəki şəhər sakini, 17 yaşlı Emil Rəsulovun meyiti qazanxanada asılı vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, E. Rəsulov Şəki şəhər 8 saylı tam orta məktəbdə oxuyub, o, bu ilin məzunudur. 17 yaşlı gəncin hansı səbəbdən intihar etməsi hələ məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4259

Oxşar yazılar