Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Müdafiə Nazirliyindən Lent.az-a əsgər Sadıqov Qorxmaz Elşad oğlunun qeyri-döyüş şəraitində həlak olması ilə bağlı məlumatı təsdiqləyiblər.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Q.Sadıqovun tərxis olmağına 1 ay qaldığı və ailənin tək oğlu olduğu barədə sosial şəbəkədə məlumat yayılıb.