"Opel"lə "Lexus" toqquşdu: ölən var
28 iyun 2021 14:30 (UTC +04:00)

"Opel"lə "Lexus" toqquşdu: ölən var

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə iyunun 27-də saat 3 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində baş verib. Şəhər sakini Ramil İsmayılovun idarə etdiyi “Opel” və Qubadlı rayon sakini E.Abbasovun idarə etdiyi “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə R.İsmayılov hadisə yerində ölüb.

Faktla əlaqədar Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Mehman Nəbiyev

Oxşar yazılar