Ölümlə nəticələnən yol qəzası - FOTO  - VİDEO
28 iyun 2021 01:47 (UTC +04:00)

Ölümlə nəticələnən yol qəzası - FOTO - VİDEO

2

Ucarda gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır  yol qəzası qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını çırpılıb. 

Nəticədə, sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4534

Oxşar yazılar