Oğuzda Camal Əkbərovun bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Camal Əkbərovu qardaşı Şamo Əkbərov bıçaqlayıb.
Keçirilmiş əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Şamo Əkbərov polis əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılır.
***
Saat: 23:14
Oğuzda 29 yaşlı kişi bıçaqlanıb.
Lent.az-ın məlumatına görə, saat 22 radələrində rayonun Muxas kənd sakini, 1993-cü il təvəllüdlü Camal Maarif oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Camal Əkbərova lazımi ilkin tibbi yardım göstərilib.
Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov