"Oba" marketin kassasında növbə DAVASI:  məhkəmə hansı cəzanı  verdi?
14 yanvar 2026 12:27 (UTC +04:00)

"Oba" marketin kassasında növbə DAVASI: məhkəmə hansı cəzanı verdi?

0

Şirvanda marketdə kassa növbəsi üstündə dava düşüb.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən “OBA” marketdə qeydə alınıb.

32 yaşlı Hacıqabul rayonu Udulu kənd sakini Tural Məhərrəmli (ad və soyad şərtidir) həmin marketdə bazarlıq edəndən sonra kassada digər müştəri ilə növbə üstündə mübahisə edib. Mübahisə zaman o, səs-küy salaraq, ictimai asayişi pozub. Ona yaxınlaşaraq, irad bildirən polislərə isə məhəl qoymayıb.

Nəticədə o, saxlanılaraq, barəsində müvafiq maddələrlə inzibati protokollar tərtib olunub.

Tural Məhərrəmli ifadəsində əməlindən peşman olduğunu deyib.

Şirvan şəhər Məhkəməsi onun barəsində 150 manat miqdarında cərimə cəzası təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar