“O işçilər daha əvvəl elektrik xəttini  qırmışdılar” – Partlayış baş verən binadan REPORTAJ
24 noyabr 2025 13:52 (UTC +04:00)

“O işçilər daha əvvəl elektrik xəttini qırmışdılar” – Partlayış baş verən binadan REPORTAJ

0

Dərd gələndə batmanla gəlir. Bu səhər son günlər ard-arda baş verən (Yasamaldakı yanğın4 nəfəri elektrik vurması) hadisələrin fonunda "AFEN Plaza"dakı partlayış xəbərini oxuyanda bu deyimi xatırladım. 

Lent.az partlayış baş verən ərazidən reportajı təqdim edir.

Hadisə yerindəyəm. FHN əməkdaşları, media, polis - hamısı buradadır. Ətrafa yığışan insanlar binanın şüşəsi çiliklənmiş pəncərələrinə və o pəncərələrdən küləyin sovurduğu pərdə jalüzlərinə tamaşa edirlər. Binanın qarşısı girişin qadağan olunduğunu bildirən qırmızı lentlə sarılıb.

Bakıda biznes mərkəzində partlayış baş verib, xəsarət alanlar var, 7 nəfər xilas edilib- YENİLƏNİB-4  - FOTO  - VİDEO

Xəsarət alanlar var. 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Həmkarlarım əllərində mikrofon, kamera, fotoaparatla hadisə yerindən görüntülər götürür, qeydlər aparır, “stand-up”lar hazırlayırlar. "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev yanğının səbəblərindən danışır:

"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev

“Partlayış baş verən binada qaz olmayıb. Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər”.

Hadisənin şahidlərini axtarıram. Yetərincə həyəcanlı görünən gənc oğlana yaxınlaşıram. Öyrənirəm ki, o özü də bu binada işləyirmiş. Daha ətraflı öz dilindən oxuyaq:

Bakıda biznes mərkəzində partlayış baş verib, xəsarət alanlar var, 7 nəfər xilas edilib- YENİLƏNİB-4  - FOTO  - VİDEO

“Biz burada iş yerlərinin attestasiyasını aparırıq. Ofisdə oturmuşduq. Dəhşətli bir partlayış oldu. Bina silkələndi. Nə olduğunu başa düşmədik. Qapını açan kimi içəri toz-torpaq doldu. Deyirlər ki, binanın qaşısındakı traktorlar qaz xəttini zədələyiblər, ona görə olub. Əslində, ola bilər. O işçilər çox kobud işləyirlər. Daha əvvəl elektrik xətti çəkmişdilər, onu zədələdilər, xətt qırılıb düşmüşdü yerə”.

FHN və “Azəriqaz”ın əməkdaşları ərazidə araşdırma aparır, qaz sızmasının mənbəyini tapmağa çalışırlar. 

Foto - İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 932

Oxşar yazılar