Ərkan Cəfərov
31 iyul 2022 15:20 (UTC +04:00)

Ərkan Cəfərov

Novxanıda gənc buna görə boğulub - TƏFƏRRÜAT-FOTO

Dünən Novxanıda batan 25 yaşlı gəncin meyiti bu gün səhər saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Lent.az-ın xəbərinə görə, 25 yaşlı Cəfərov Ərkan Nahid oğlu 3 dostu ilə birgə Novxanı çimərliyində boğulma təhlükəsi yaşayıb.

Ərkan Cəfərovun 3 dostu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq təcili tibbi yardıma təhvil verildiyi üçün sağ qalıb.

Hava qaraldığı üçün Ərkanın  axtarışları bu gün səhər saatlarında davam etdirilib. Mərhum nəşi batdığı yerdən uzaqda olmayan ərazidə tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ərkan dünən günorta saat 15:00 radələrində dostları ilə dənizə istirahətə yollanıb. Bir qədər istirahət edəndən sonra kənardakı etirazlara məhəl qoymayaraq, hava qaralandan sonra suya giriblər. Faciə də bundan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.

# 9864
avatar

Oxşar yazılar