Novxanıda dənizdə batan gəncin meyiti tapıldı  - YENİLƏNİB
31 iyul 2022 08:55 (UTC +04:00)

Novxanıda dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

0

Abşeron rayonu, Novxanı kəndində, dənizdə batan 1997-ci il təvəllüdlü Cəfərov Ərkan Naib oğlunun axtarışları başa çatıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ə.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 06:59

Abşeron çimərliyində gənc oğlan dənizdə batıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı - nəzarətsiz ərazi) 1998-ci il təvəllüdlü Cəfərov Əkram Naib oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4651

Oxşar yazılar