Nəsiman Yaqublu
25 avqust 2024 19:59 (UTC +04:00)

Nəsiman Yaqublu

Nəsiman Yaqublu yol qəzasında öldü -YENİLƏNİB

Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublunun qəzaya düşdüyü avtomobilin fotosu yayılıb.

Lent.az APA-ya istinadən həmin fotonu təqdim edir:

***

19:36

 

Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlumata görə, deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.

***

19:15

 

Professor Nəsiman Yaqublu yol qəzasına düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.

Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4632
avatar

Oxşar yazılar