Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.