Neftçalada təmir zamanı evdə PARTLAYIŞ:  ölən var - YENİLƏNİB
28 may 2025 15:36 (UTC +04:00)

Neftçalada təmir zamanı evdə PARTLAYIŞ: ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb. Partlayış dalğasının təsirindən 30 yaşlı Əzizov Babək Bəylər oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 24 yaşlı Əzizov Bayram Bəylər oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***
13:30

Neftçala sakini evində yanaraq ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Neftçala rayonunun Xolqarabucaq kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 24 yaşlı Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 30 yaşlı Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558

Oxşar yazılar