Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha iki rayona yeni rəis təyin edib.
Lent.az-ın məlumatına görə, nazirin əmri ilə, Qazax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Həmçinin Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad olunub. Ona isə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsi həvalə edilib.