Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzasına düşüb.
Lent.az xəbər verir ki, hadisə Naxçıvan-Şərur avtomobil yolunun Əliabad qəsəbəsində keçən hissəsində qeydə alınıb.
"Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən Mirsənani Seyidovun şəxsi avtomobilinə çırpılıb. M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.
Qeyd edək ki, fotoları Naxçıvandan jurnalist Sara Əzimova yayıb.