Naxçıvanda TIR partlayaraq yandı
21 iyul 2025 08:45 (UTC +04:00)

Naxçıvanda TIR partlayaraq yandı

Naxçıvanda iri tonnajlı yük avtomobili partlayaraq yanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Naxçıvan Hava Limanı ərazisinə yaxın hissəsində baş verib.

Belə ki, hərəkətdə olan bitumla dolu TIR-da anidən yanğın yaranıb və avtomobil partlayıb.

Dərhal hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunub.

Avtomobilin çox hissəsi yanaraq yararsız hala düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar