Naxçıvanda "TikTok"da qadınları şantaj edən tutuldu - VİDEO
24 fevral 2024 10:35 (UTC +04:00)

Naxçıvanda "TikTok"da qadınları şantaj edən tutuldu - VİDEO

Naxçıvanda qadınları şantaj edən saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Oxşar yazılar