Naxçıvanda tiktok-da əxlaqsız  paylaşımlar edən qadınlar HƏBS OLUNDU
04 mart 2026 10:57 (UTC +04:00)

Naxçıvanda tiktok-da əxlaqsız paylaşımlar edən qadınlar HƏBS OLUNDU

0

Naxçıvanda TikTok-da qeyri-etik paylaşımlara görə 3 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olub, S.Həsənova isə 750 manat cərimə edilib .

Məlumata görə, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar