Naxçıvanda qadın həbsxanasının əməkdaşına cinayət işi AÇILDI
28 avqust 2024 17:38 (UTC +04:00)

Naxçıvanda qadın həbsxanasının əməkdaşına cinayət işi AÇILDI

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə  Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Muxtar Respublikanın Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci  (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar